Xroniki yorğunluqdan necə xilas olaq?

Maraqlı

12.07.2024 18:50

Gecələr yaxşı yatırsınız, gün ərzində dincəlirsiniz, amma yenə də yorğunluq hiss edirsiniz? Bu, xroniki yorğunluq sindromu yaşadığınızın əlaməti ola bilər.

TodayPress xəbər verir ki, bəzi tədqiqatlar bunu viral infeksiya və psixoloji stress kimi amillərlə əlaqələndirsə də, buna zəifləmiş immunitet sistemi və hormonal balanssızlıq da səbəb ola bilər. 

Gecə yuxusundan sonra gümrah olmamaq hissi, xroniki yuxusuzluq, yaddaş itkisi, konsentrasiyanın azalması, əzələlərdə ağrı, oynaq və baş ağrıları, limfa düyünlərinin şişməsi də simptomlar arasındadır. 

Xroniki yorğunluqdan əziyyət çəkdiyinizi sadə bir testlə təyin edə bilərsiniz. Səhər oyanan kimi yumruğunuzu güclü şəkildə sıxmaqda çətinlik çəkirsinizsə, siz xroniki yorğunsunuz. 

Bu sindromu yüngülləşdirmək üçün qidalanma ilə yanaşı həyat tərzini də dəyişmək lazımdır. Daha yaxşı yatmaq və yuxusuzluğu aradan qaldırmaq üçün kofein qəbulunu məhdudlaşdırın və ya minimuma endirin. Siz həmçinin nikotin və spirti məhdudlaşdırmalı və ya ondan çəkinməlisiniz. Yuxu rejimini qaydasına salın. Hər axşam eyni vaxtda yatmağa və hər səhər eyni saatda oyanmağa çalışın.

Bundan əlavə, yoqa və masaj xroniki yorğunluq sindromu ilə əlaqəli ağrıları aradan qaldırmağa kömək edə bilər. 

Günəş Mərd

tag: Xroniki Yorğunluq, Sindrom, Masaj, Ağrılar, Yuxu, todaypress.az,