Xolesterolu artıran qidalar hansılardır? - HƏKİM AÇIQLADI
Maraqlı
19.10.2024 10:23
Qanda xolesterolu artırmağa kömək edən məhsulları üç qrupa bölmək olar.
TodayPress xəbər verir ki, bu barədə diyetoloq, ANO Elmi Tədqiqat Mərkəzinin "Sağlam Qidalanma" direktorunun müavini Aleksey Kabanov danışıb.
Həkimə görə, ilk növbədə həddindən artıq doymuş yağ ehtiva edən qidalar başda gəlir.
“Bunlar ət məhsulları, kolbasa, vetçina, süd məhsullarıdır. Xüsusilə yağlı ətlərin - donuz, quzu ətinin həddindən artıq istehlakı zərərli xolesterini artırır” deyə Kabanov bildirib.
İkincisi, şəkər əlavə edilmiş qidalar və ümumiyyətlə həddindən artıq şəkər istehlak etməkdir ki, bu da xolesterolun artmasına səbəb olur. Diyetoloq xəbərdarlıq edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündə 50 qramdan artıq olmayaraq şəkər qəbul etməyi norma hesab edir.
“Şəkər qəbulunu azaltmalı və dadlandırıcı tərkibli məhsullar seçməlisiniz” deyə o, məsləhət verib.
Üçüncü və son olaraq isə pəhriz edən zaman doymamış Omeqa-3 yağlarından hazırlanmış qidalardan istifadə etməmək qanda xolesterol artırır. Bunlar yağlı balıq, zeytun yağı, qozdur. Diyetoloq vurğulayıb əksinə, pəhriz saxlayan zaman bu kimi qidalar mütləq siyahıya əlavə edilməlidir.
Töhfə Səməd
tag: Xalesterol, Pəhriz, Diyetoloq, Omeqa, Şəkər, Qidalar, todaypress.az,