Xəzər dənizində xərçənglərin kütləvi ölümü qeydə alındı
Maraqlı
31.07.2024 06:00
Aktau sakinləri Xəzər dənizində
ölü xərçəng topaları aşkar ediblər. İnsanlar buğumayaqlıların kütləvi ölümündən
narahatdırlar.
TodayPress Qazaxıstan
mətbuatına istinadən xəbər verir ki, ekologiya departamenti ərazidə su nümunələri
götürmək üçün mütəxəssislər göndərib.
Qazaxıstan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü Adilbek
Kozıbakov ehtimal edir ki, xırda balıqların və xərçənglərin ölümünə dənizə zərərli
maddələrin atılması səbəb olub.
Ekologiya departamentindən
bildirilib ki, zərərli maddələrin yolverilən normadan artıq olub-olmadığını müəyyən
etmək üçün su nümunələri götürüləcək.
tag: Xəzər, Qazaxıstan, Xərçəng, Ekologiya, todaypress.az,