Xərçəngə qarşı preparat hazırlandı

Maraqlı

10.06.2024 18:45

"Novel Concepts Medical" şirkəti İsraildəki laboratoriyasında döş və ağciyər xərçəngi hüceyrələrinin həyat qabiliyyətinin 99%-dən çox azalmasına gətirib çıxaran bitki tərkibli preparat hazırlayıb.

TodayPress xəbər verir ki, xərçəng müayinələrindən hər biri üç dəfə İsrailin aparıcı laboratoriyalarından birində aparılıb və müayinələrin nəticələri belə olub:

Döş xərçəngi MCF-7, 48 saatlıq inkubasiyadan sonra: hüceyrə canlılığında 99,68% azalma; 

Ağciyər xərçəngi A549, 48 saatlıq inkubasiyadan sonra: hüceyrə canlılığında 99,65% azalma.

"Novel Concepts Medical" şirkətinin qurucusu Reyçel Alkalay bildirib ki, şirkət preparatı dünyada hər kəsə əlçatan etmək üçün qlobal miqyasda əməkdaşlıq etməyi nəzərdən keçirəcək. (lent.az)

tag: Xərçəng, Preparat,Ağciyər, todaypress.az,