Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Maraqlı
13.09.2024 11:40
Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir.
TodayPrerss xəbər verir ki, prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdən qorunmaq üçün sağlam qidalanma və nizamlı məşq vərdişlərinin vacib olduğunu qeyd edir.
Onun fikrincə ilk növbədə hazır qidalardan uzaq durmaq lazımdır. Xüsusilə xərçəng kimi xroniki və riskli xəstəliklərin qarşısının alınmasında bu qeyri-sağlam qidalanma vərdişlərini tez bir zamanda dəyişdirmək, müntəzəm olaraq meyvə və tərəvəz istehlak etmək, çips, peçenye, vafli və şəkərli içkilər kimi qablaşdırılmış qidalardan uzaq durmaq çox faydalıdır.
Bundan başqa bağırsaqdakı faydalı bakteriyaları artırmaq üçün hər gün ən azı 2 porsiya probiotik və prebiyotik qaynaqlı qidaları - məsələn qatıq, duzlu kələm, kefir, soğan, alma, yulaf ezmesi və s. qidalanma proqramına daxil etmək məqsədəuyğun olar.
Tütündən istifadə, xüsusən də siqaret, dünyada bütün xərçəng hadisələrinin ən böyük səbəbi hesab olunur. Araşdırmalar göstərir ki, siqaret çəkməsəniz belə, siqaret tüstüsünün təsiri xərçəng riskini artıra bilər. Yaxşı xəbər budur ki, siqaret çəkən olsanız belə, siz siqareti və ya tütündən istifadəni dayandırsanız bu risk sürətlə azalacaq.
Fiziki cəhətdən aktiv həyat tərzi sürməyin faydaları saysız-hesabsızdır. Mütəxəsisslərin fikrincə, müntəzəm fiziki fəaliyyət ürəyi gücləndirir, infarkt riskini azaldır, əzələ və sümük kütləsini qoruyur, beyin sağlamlığını və inkişafını dəstəkləyir, müsbət düşünmək və stresslə mübarizə qabiliyyətini artırır. Buna görə də, mümkün qədər aktiv həyat sürmək, həftədə ən az 150 dəqiqə idmanla məşğul olmaq tövsiyə olunur.
Nərmin Tuncay
tag: Xərçəng, Tütün ,Həyat Tərzi ,Sağlamlıq ,Mütəxəssislər, todaypress.az,