“X” istifadəçiləri İlon Maskı qınadılar

Maraqlı

11.07.2024 11:32

İlon Maskın şirkəti “X” platformasında “bəyənmədim” düyməsini gətirmək üçün sınaqlara başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “Daily News” məlumat yayıb. 

İstifadəçilər bunun olduqca pis fikir olduğunu bildiriblər. Platformanın daimi üzvləri isə bunu lazımsız hesab edərək, bu addımı müsbət qarşılamayıblar. 

2022-ci ildə tarixdə ən böyük biznes satınalmalarından birini edən İlon Mask 44 milyard dollara “Twitter”i əldə edib. Bundan bir il sonra platformanın adını dəyişdirərək “X” edib. Bu istifadəçilər tərəfindən ciddi narazılıqla qarşılanmışdı.

Töhfə Səməd

tag: Mask, Sosial Şəbəkə, Platforma, Sınaqlar, todaypress.az,