“WhatsApp” yeni funksiyasını təqdim edəcək
“WhatsApp” istifadəçiləri onları yeni mesajlardan qoruyan PİN kodu təyin edə biləcəklər.
TodayPress xəbər verir ki, bu barədə “WABetaInfo”
portalı məlumat yayıb.
Məlumata görə, yeni versiyada istifadəçi
arzuolunmaz mesajlardan özünü məhdudlaşdırmaq üçün PİN kodu əlavə edə biləcək.
Bildirilib ki, məhdudiyyət adları kontaktda
olmayan istifadəçilərə şamil edilir.
Yenilik “WhatsApp”-ın beta versiyasında
24.18.10.70 nömrəsi ilə ortaya çıxıb. Yeni funksiyanın messencerin ictimai
versiyasında nə vaxt istifadəyə veriləcəyi məlum deyil.
Aynur TAC
tag: Whatsap, Sosial Şəbəkə,PİN,Messenger,todaypress.az,