“Volvo” “EX30”un yeni versiyasını təqdim etdi

Maraqlı

12.02.2025 12:35

1910

“Volvo” “EX30” modelini daha sərt yollara uyğunlaşdıraraq ilk elektrik və ilk “SUV” tipli “Cross Country” nişanı daşıyan modelini təqdim edib. 

TodayPress xəbər verir ki, bu barədə “Autocar” məlumat yayıb.

Bildirilib ki, yeni “EX30 Cross Country” standart versiya ilə müqayisədə 19 mm daha hündürdür. Yeni model ön və arxa skidplate qoruyucuları ilə təchiz edilib. Avtomobil opsional olaraq palçıq qoruyucuları və 720 mm-lik “off-road” təkərləri ilə sifariş edilə bilər.

Elektrik “SUV”nin beşqollu arxa asqısı daha yumşaq tənzimlənib ki, dağ yolları, palçıq izləri, “ayaqdərin” qarlı yollar və magistrallarda rahat hərəkət edə bilsin.

“Volvo”nun digər “EX30” versiyalarında olduğu kimi, “Cross Country” də 69 kWh batareyadan enerji alır və ikili mühərrik sistemi ilə 422 at gücü hasil edir. “SUV” 264 mil (təxminən 425 km) yürüş məsafəsi təklif edir.

Qiymət Mahir

tag: Volvo,EX30,SUV,Cross Country,todaypress.az,