Venerada Yerdəki kimi həyat mövcud olub? - Açıqlandı

Maraqlı

03.12.2024 16:18

2800

Venera planetində heç vaxt Yerdəki kimi həyat mövcud olmayıb. 

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.  

Alimlərin fikrincə, planetin atmosferinin təhlili Veneranın daxili hissəsinin quru olduğunu göstərib. 

Tədqiqat zamanı müəyyən edilib ki, bu, onda heç vaxt Yerdə olduğu kimi həyatın yaranması üçün zəruri hesab edilən maye su okeanlarının olmadığını göstərir.

Bu fakt astronomlara günəş sistemindən kənarda yaşamaq üçün əlverişli olan planetlərin axtarışlarını daraltmağa kömək edə bilər.  

Bununla belə bundan sonrakı araşdırmalarda Venerada həyatın heç bir əlamətinə rast gəlinməyəcəyini demək olmaz.

Qeyd edək ki, sentyabr ayında Çikaqo Universitetindən olan amerikalı astrobioloqların Veneranın sərt şəraitində mövcud ola biləcək və həyatın yaranmasına töhfə verə biləcək bir sıra üzvi molekullar kəşf etdikləri barədə məlumat verilmişdi. 

Günəş Mərd

tag: Venera,Planet,Kosmik,Yer,Britaniya,todaypress.az,