Varlılara pis xəbər: Xərçəngə yoluxma riskiniz yüksəkdir

Maraqlı

02.07.2024 15:05

Varlı insanların genetik olaraq xərçəngə yoluxma riski kasıblara nisbətən daha çoxdur.  

TodayPress xəbər verir ki, belə bir açıqlama ilə Helsinki Universitetinin alimləri çıxış ediblər. 

Mütəxəsislər bununla bağlı araşdırma aparıblar. Tədqiqat müxtəlif gəlir qruplarından olan insanların genetik məlumatlarının müqayisəsi ilə aparılıb və nəticələr varlı şəxslərin müəyyən xərçəng növlərinə tutulma riskinin daha yüksək olduğunu göstərib. Ancaq bu şəxslərin daha erkən diaqnoz və müalicə imkanları varsa, xəstəliyin təsirləri yüngülləşə bilər. 

Bu tədqiqat genetik risklərin idarə edilməsində sosial-iqtisadi vəziyyətin nə qədər vacib olduğunu bir daha göstərib. 

Xatırladaq ki, bir müddət öncə Amerika Xərçəng Cəmiyyətinin son hesabatında təkcə 2024-cü il ABŞ-də 2 milyondan çox insanın xərçəngə yoluxacağı ilə bağlı həyacanverici proqnoz yer almışdı.  

Günəş Mərd

tag: Varlı, Kasıb, Xərçəng, Tədqiqat, Mütəxəsislər, todaypress.az,