Uşaqlı ailələr üçün ideal it cinsi hansıdır? - Açıqlandı
Maraqlı
12.12.2024 12:28
Böyük Britaniyadan olan it təlimçisi Vil Eterton uşaqlı ailələr üçün ideal it cinsini tövsiyə görüb.
TodayPress xəbər verir ki, bu barədə “Irish Star” yazıb.
Etertona görə, ideal it orta və böyük ölçülü Alman ov iti cinsinə məxsus Veymaranerlərdir.
Bu itlər ən yaxşı Labrador əvəzedicilərindən biri ola bilər. Çünki onlar Labradorlar qədər ağıllı, lakin daha güclü və möhkəmdirlər. O, qeyd edib ki, Veymaranerlərlə məşq etmək asan və əyləncəlidir, onlar digər itlərlə və uşaqlarla yaxşı anlaşırlar.
Mütəxəssis həmçinin Veymaranerlərin olduqca gözəl göründüyünü də qeyd edib.
Etertona görə, bu cinslər çox yönlü ov keyfiyyətlərinə və yaxşı xasiyyətə malikdirlər. Onlar həmçinin mehriban, optimist, təmiz və sadiqdirlər.
Bununla belə, onlar özlərinə diqqət tələb edir və təkliyə qətiyyən dözə bilmirlər. Veymaranerlər aktiv həyat tərzi keçirən ailələr üçün tövsiyə olunur.
Töhfə Səməd
tag: Ailə ,İdeal ,İt ,Cins, todaypress.az,