Ürək-damar xəstəliklərindən necə qorunaq? - Araşdırma
Maraqlı
20.07.2024 16:40
Hər il dünyada 18,6 milyondan çox insan ürək-damar xəstəlikləri səbəbindən vəfat edir.
TodayPress xəbər verir ki, pis qidalanma, şəkər xəstəliyi, hipertoniya, siqaret və yüksək xolesterin kimi ürək xəstəliklərini tətikləyən risk faktorları ilə yanaşı, gündəlik həyatda rast gəlinən tıxac, növbəli iş, hətta bədbəxt evlilik münasibəti belə ürəyə mənfi təsir göstərə bilər.
Aparılan araşdırmalar zamanı məlum olub ki, tıxacda bir saat vaxt keçirmək, gecə saatlarında işləmək və gündə 6 saatdan az yatmaq yüksək qan təzyiqi və xolesterini artırır, piylənmə və şəkər xəstəliyinə gətirib çıxarır. Bu da öz növbəsində infarkt riskini qaçılmaz edir.
Bundan əlavə, diş əti xəstəliyi olan insanlarda ürək xəstəliklərinə daha çox rast gəlinir. Diş ətindəki bakteriyaların qana keçərək damarların iltihabına və digər ürək problemlərinə səbəb olduğu qeyd olunub.
Mütəxəsisslərin sözlərinə görə, yaxşı tərəfdaş seçmək ürəyi xoşbəxt və sağlam edəcək. Sevdiklərinizlə vaxt keçirmək, stresi azaldır və aktiv qalmağa kömək edir.
Gecə 7-9 saat yatmaq, idmanla aktiv məşğul olmaq, balanslaşdırılmış pəhriz saxlamaq və mütəmadi müayinələr üçün həkimə müraciət etmək tövsiyyə olunur.
Günəş Mərd
tag: Ürək, Xəstəlik, İnsanlar, Araşdırmalar, Alimlər, todaypress.az,