Uğurlarınızı bölüşməyin – Psixoloqlardan faydalı məsləhət
Maraqlı
25.12.2024 11:56
Psixoloqlar ilin sonunda nailiyyətlərini bölüşməyi sevənlərə Yeni il qabağı məsləhətlər veriblər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, onların fikrincə, sosial şəbəkələrdə uğurlar haqqında danışmaq və uğursuzluqlar barədə paylaşım etməmək daha yaxşıdır.
Bunun əvəzinə yeni öhdəliklər götürmək, məsələn, gələn ildə bu və ya digər məqsədə nail olmaq istədiyimizi yaza bilərik. Mütəxəssislər hesab edirlər ki, bu, insanı daha yaxşı motivasiya edir. Həmçinin bu müddətdə insanlara prioritetləri təyin etmək tövsiyə olunur. Bir qrup psixoloqun fikrincə isə, bu cür yazılar başqalarında həsəd hissini oyatdığı üçün müəllifin bütün nailiyyətlərini mənfi təsirə məruz qoya bilər.
Bununla yanaşı sosial şəbəkələrdə uğursuzluqları paylaşmamaq da tövsiyə edilir. Çünki uğursuzluqlar haqqında hekayələr digər insanlarda xoşagəlməz hisslərin yaranmasına səbəb ola bilər.
Günəş Mərd
tag: Psixoloq ,Uğur ,Paylaşım, Motivasiya ,todaypress.az,