Üç dişli ilan tapıldı
Avstraliya Sürünənlər Parkında zəhər sağma zamanı gürzənin nadir mutasiyası aşkar edilib.
TodayPress xəbər verir ki, bu barədə parkın əməkdaşları məlumat yayıb.
Bildirilir ki, son 20 ildə parkda belə dişli ilana rast gəlinməyib. İki dişi olan "ölüm gürzəsi" ən təhlükəli sürünənlərdən biri kimi tanınır.
Antivenom proqramlarından əvvəl gürzələrin hücum etdiyi şəxslərin 60 faizində ölüm halları baş verib.
Türkan İsgəndərli
tag: Üç dişli,İlan,Ölüm,Gürzə,Todaypress.az,