Uayt adasında əsrin ən bütöv dinozavr fosili aşkar edildi

Maraqlı

11.07.2024 06:45

Uayt adasında Amerika erkək bizonu ölçülərində olan ot yeyən dinozavrın fosili aşkar edilib.

TodayPress xəbər verir ki, bu, cəmi 149 sümüklə İngiltərədə bir əsrdə aşkar edilmiş ən bütöv dinozavr skeletidir.

İndi “Komptonatus Çeyzey” adlanan iri dinozavr təqribən 125 milyon il əvvəl İngiltərənin cənubunda dolaşıb və təxminən bir Afrika fili qədər çəkiyə malik olub. Uayt adası təxminən 7000 il əvvəl materikdən ayrılıb.

Fosili COVID-19 pandemiyasından bir qədər əvvəl xərçəngdən vəfat edən fosil ovçusu Nik Çeyz kəşf edib. Növ onun adını daşıyır.

Nəzrin Cavadzadə

tag: Uayt, Dinozavr, Fosil, Nik Çeyz, todaypress.az,