Tesla insanabənzər robotlardan istifadə edəcək
Maraqlı
23.07.2024 13:24
Tesla şirkətinin rəhbəri İlon Mask gələn ildən insanabənzər robotları istehsal və istifadə etməyə başlayacaqlarını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Maskın sözlərinə görə, robotların sınaq yoxlamaları başa çatdıqdan sonra, 2026-cı ildə satışa çıxarılması planlaşdırılır.
Qeyd edək ki, milyarder daha əvvəl də Optimus adlı robotun bu ilin sonuna kimi Tesla fabriklərində istifadəyə hazır olacağını demişdi.
Töhfə Səməd
tag: Tesla, Mask, Sınaq, Optimus, Fabriklər, todaypress.az,