Tənha insanların diqqətinə! - Həyatınız təhlükədədir

Maraqlı

07.08.2024 09:30

Amerikalı alimlər tənhalıqla kabuslar arasındakı əlaqəni araşdırıblar.

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Psychology" (JOP) elmi nəşrində dərc olunub.

Kabuslarla tənhalığın əlaqələri  18-81 yaş arası 1600-dən çox amerikalı arasında aparılan sorğular nəticəsində müəyyən edilib. 

Mütəxəssislər qeyd ediblər ki, insanlar tək qaldıqda stress və qorxuya məruz qalırlar. Bildirilib ki, qorxunc yuxular gecə yuxu keyfiyyətini aşağı salır, bu da ürək xəstəliyi, insult və digər sağlamlıq problemləri riskini artırır. 

Qeyd edək ki, bundan öncə elm adamları sosial şəbəkələrdən daha çox istifadə edənlərin getdikcə daha çox kabus görməyə başladığını aşkar etmişdilər. 

Günəş Mərd

tag: Alimlər, Mütəxəssislər, Kabuslar,Journal of Psychology, Amerika, todaypress.az,