Təhlükəli qarqara vasitələrinin adları açıqlandı

Maraqlı

29.09.2024 12:28

Yaxalama spreyləri boğaz ağrısını müvəqqəti olaraq aradan qaldıra bilər.   

TodayPress xarici mediaya istinadən xəbər verir ki, belə vasitələr bədəni bütövlükdə virus və bakteriyalardan təmizləmədən hərəkət edirlər. 

Qarqara zamanı alkoqollu preparatlardan istifadə etmək də məsləhət görülmür. Onlar təsirsizdir və selikli qişada yanma, başgicəllənmə və ürək bulanmasına səbəb ola bilər.   

Eyni zamanda məlum olub ki, bir çoxlarının qarqara zamanı istifadə etdiyi hidrogen peroksid də boğazağrısı xəstəliyinin simptomlarını azaltmır. Hətta bu vasitə elikli qişanın yanmasına səbəb ola bilər. 

Boğazağrısına qarşı yod məhlullarının effektivliyi isə mübahisəlidir. Belə ki, 2005-ci ildə  Yaponiyada aparılan bir araşdırma yod məhlulu və adi su ilə qarqaranın effektivliyini müqayisə edib.Tədqiqat gündə üç dəfə su ilə qarqara edən xəstələrdə soyuqdəymə əlamətlərinin daha az olduğunu orataya çıxarıb. Yod məhlulunun simptomlara heç bir təsiri olmayıb.   

Xüsusilə qalxanabənzər vəzi xəstəlikləri olan və yoda qarşı allergik reaksiya riski olan insanlar mütləq qarqara zamanı yod məhlullarından çəkinməlidirlər.   

Günəş Mərd 

tag: Həkim,Qarqara,Boğazağrısı,Yod,Todaypress.az,