Təəccüblü tapıntı! Yarasaların sayının azalması körpə ölümlərini artırır
Maraqlı
10.09.2024 16:15
Əksər insanlar tərəfindən qorxulu canlılar olaraq görülən yarasalar, ekosistemlərin tarazlığının qorunmasında böyük əhəmiyyətə malikdir. Xüsusilə, hər gecə minlərlə həşərat yeyərək əkinçilik ərazilərində pestisidlərin istifadəsini xeyli azaldırlar. Bununla belə, ABŞ-də yarasa populyasiyası son 20 ildə ciddi təhlükə altındadır. ABŞ-də aparılan bir araşdırma yarasa populyasiyasının azalması ilə maraqlı məqam orataya çıxarıb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı yarasaların sayının azalmasının uşaq ölümlərini artırdığı məlum olub.
“Science” jurnalında dərc edilən araşdırmaya görə, 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadə 31 faiz artıb. Pestisidlər hava və su ilə qarışaraq insan sağlamlığına mənfi təsir göstərə bilir. Bu maddələrin çox istifadə edildiyi bölgələrdə uşaq ölümləri araşdırılıb.
Tədqiqat göstərib ki, ağ burun sindromunun yarasa populyasiyasını azaltdığı bölgələrdə körpə ölümləri 8 faiz artıb.
Hesab edirilir ki, 2006-2017-ci illər arasında 1334 körpə bu səbəbdən ölüb.
Günəş Mərd
tag: Tapıntı, Yarasa ,İnsan, Sağlamlıq ,Tədqiqat, todaypress.az,