Taylandda meymun sürüsü polis məntəqəsini ələ keçirtdi

Maraqlı

21.06.2024 22:35

Taylandın Lopburi şəhərində səlahiyyətlilər tərəfindən tutulan meymunlar kütləvi qaçış nümayiş etdirərək polisə hücum ediblər.

TodayPress xəbər verir ki,Taylandın məşhur turizm şəhəri olan Lopburini daha da cazibədar edən makaklardır. Bu şəhərdə yerli sakinlərin əksəriyyəti meymunların bir neçə növünü bəsləyirlər. Primatlar   həddindən arıq təkəbbürlü və hücuma meyilli olduğu üçün yerli sakinlər əsasən makaklara üstünlük verir. Ona görə də yaz fəslində səlahiyyətlilər aqressiv primatları bir məkanda saxlamağa çalışırlar. Ancaq bu dəfə primatlar polislərə  çətin anlar yaşadıb. Beləki səhər saatlarında saxlanıldıqları yerdən qaçan 30-a yaxın primat uşaq bağçasının ətrafındakı küçələrə axışıb. Onlar yaxınlıqda yerləşən polis idarəsini ələ keçirtməyə çalışıblar. Primatların binaya daxil olmasının qarşısını almaq üçün işçilər bütün pəncərə və qapıları möhkəm bağlamalı olublar.

GÜNEL

tag: Primat, Meymun, Polis məntəqəsi,Tayland,todaypress.az,