Suyu hidrogen yanacağına çevirməyin yeni üsulu tapıldı
Maraqlı
04.12.2024 14:30
Yapon alimləri günəş işığından istifadə edərək suyu hidrogen yanacağına çevirmək üçün yeni üsul hazırlayıblar.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu, günəş enerjisini kimyəvi enerjiyə çevirmək üçün xüsusi fotokatalizatordan istifadə edərək, daha ucuz, daha bol və davamlı hidrogen yanacağı yaratmağa kömək edə bilər.
Hazırda hidrogen daha çox təbii qazdan alınır, bu isə o deməkdir ki, qalıq yanacaqlardan imtina edərək ekoloji cəhətdən təmiz yanacaqlara üstünlük vermək mümkün deyil.
Bununla belə, günəş işığından istifadəyə əsaslanan bu sadə üsul, gələcəkdə hidrogenin alternativinə çevrilə bilər.
Günəş Mərd
tag: Yapon,Günəş,Hidrogen,Su,Təbii,Qaz,todaypress.az,