Superkar sürmək üçün yeni kateqoriya müəyyən edildi

Maraqlı

07.12.2024 18:20

Avstraliyada sürücülük vəsiqəsi kateqoriyaları 8-dən 9-a yüksəlib.

TodayPress xəbər verir ki, Avstraliya hökumətinin qərarı ilə sürücülük kateqoriyalarına "ultra güclü avtomobillər" adlanan yeni bənd əlavə olunub.

370 və daha çox at gücü olan avtomobilləri idarə etmək üçün artıq “U” kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.

Qanun dekabr ayının 1-dən qüvvəyə minib və polis artıq yoxlamalara başlayıb.

tag: Avstraliya, Sürücülük ,Superkar ,Kateqoriya ,todaypress.az,