Super Yerin Günəş sisteminə necə təsir etdiyi araşdırıldı

Maraqlı

27.01.2025 19:05

Alimlər super Yerin mövcudluğunun Günəş sisteminə necə təsir edə biləcəyini araşdırıblar. 

TodayPress xəbər verir ki, bu barədə “Icarus” məlumat yayıb.

Florida Texnologiya İnstitutunun tədqiqatçıları Mars və Yupiter arasında asteroid qurşağının əvəzinə super Yer - kütləsi Yerdən əhəmiyyətli dərəcədə böyük olan planet olsa, Günəş sisteminin necə dəyişəcəyini araşdırıb. 

Riyazi modelləşdirmədən istifadə etməklə əldə edilən nəticələr çox maraqlı alınıb.

Tədqiqat super Yerlərin ulduz sistemlərindəki planetlərin yaşayışına necə təsir etdiyini ortaya çıxarıb. 

Belə ki, super Yerin kütləsinin dəfələrlə dəyişdiyi bir neçə ssenari sınaqdan keçirilib. Hər bir variant üçün milyonlarla il ərzində yeni planetin daxili planetlərin orbitlərinə və eksenel meyllərinə təsiri izlənilib. 

Tədqiqatlar göstərib ki, əgər super Yerin kütləsi indiki kütləsindən iki dəfə çox olsa, o zaman daxili planetlər nisbətən sabit şəraitdə qalar, eyni zamanda, yaylar bir qədər isti, qışlar isə daha soyuq olar. Yerin kütləsi beş və ya on Yer kütləsi həcmində olduğu zaman isə daxili planetlərin orbitləri əhəmiyyətli dərəcədə dəyişə bilər. 

Nicat Osman

tag: Günəş,Yer,Soyuq,Sistem,Həcm,Planet,Todaypress.az,