Süni intellekt bioloji silah yaratmaq qabiliyyətinə malikdir
Maraqlı
04.08.2024 08:55
Aparılan araşdırma nəticəsində
süni intellektin bioloji silah yarada biləcəyi müəyyən olunub.
TodayPress xarici
KİV-ə istinadən xəbər verir ki, biokimyaçı Rokko Kasagrande, “chatbot”ların
bioloji silah yaratmağa kömək edə biləcəyini açıqlayıb. Alim və komandası
bioterrorçular adı altında süni intellektin imkanlarını tədqiq etmək üçün təxminən
150 saat vaxt sərf edib və bu zaman müəyyən olunub ki, “chatbot”un
biosilahlarla bağlı verdiyi cavablar adi axtarış nəticələrindən tamamilə fərqlənir.
Süni intellekt Kasagrande və
onun komandasına biosilahlardan istifadənin ən təsirli yolları, eləcə də hansı
hava şəraitində onlardan istifadə etməyin daha yaxşı olduğu barədə geniş məlumat
verib.
Tədqiqatdan sonra Kasagrande
ABŞ-nin yüksək səviyyəli liderlərinə məsələ ilə bağlı hesabat təqdim edib.
Bundan əvvəl immunoloq Nikolay
Kryuçkov bioloji silahların istifadəsinin praktiki olaraq istisna edildiyini,
çünki onların istifadə edən tərəf üçün də təhlükə yaratdığını bildirmişdi.
tag: Süni intellekt, Bioloji silah, Rokko Kasagrande, Chatbot, todaypress.az,