Sui-qəsd düşüncəsi ilə mübarizə aparmağın yolu tapıldı
“Annenberg” İctimai Siyasət Mərkəzinin tədqiqatçıları sui-qəsd düşüncəsinin “COVID-19” peyvəndinə münasibətə necə təsir etdiyini təhlil ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Frontiers in Communication” jurnalında dərc olunub.
Tədqiqat nəticəsində məlum olub ki, sui-qəsd nəzəriyyələrinə inanan insanlar peyvəndlərin təhlükələri ilə bağlı dezinformasiyanı daha tez qəbul edir və onların peyvənd olunma ehtimalı daha azdır.
Pandemiyanın 3 ili ərzində tədqiqatçılar ABŞ əhalisinin müxtəlif qruplarında sui-qəsd düşüncə səviyyəsini ölçmək üçün sorğular keçiriblər və bunun peyvənd haqqında dezinformasiyaya inamla birbaşa əlaqəli olduğunu aşkar ediblər.
Alimlər ,eyni zamanda, müəyyən ediblər ki, sui-qəsd nəzəriyyəsi olan insanlar mühafizəkar xəbər resurslarını daha çox izləyirlər.
Aysel Mətləb
tag: Sui-qəsd,Covid 19,ABŞ,Qorxu,Tədqiqat,Alimlər,Todaypress.az,