Süd Yolunda qara dəlik aşkarlandı

Maraqlı

11.07.2024 13:00

Astronomlar təxminən 17 min işıq ili uzaqlıqda, “Omega Centauri” adlı ulduz klasterinin mərkəzində, ən azı 8200 günəş kütləsinə ekvivalent olan qara dəliyin mövcudluğunu isbat edən sübutlar tapıblar. 

TodayPress xəbər verir ki, bu barədə Almaniya Astronomiya İnstitutu məlumat yayıb. 

“Omega Centauri”nin bir vaxtlar “Gaiya Sosis” adlı cırtdan qalaktikasının nüvəsi olduğu düşünülür. Təxminən 150 işıq ili uzaqlığındadır və özündə 10 milyon ulduzu ehtiva edir. 

Qeyd edək ki, “Hubble” Kosmik Teleskopundan istifadə edilərək 20 il ərzində 500-dən çox görüntü toplanıb. Bunun hesabına “Omega Centauri”nin mərkəzi bölgəsinin yenilənmiş və daha ətraflı kataloqunu yaradılıb.

Töhfə Səməd

tag: Süd Yolu, Astronomlar, Almaniya, Hubble, Gaiya Sosis, todaypress.az,