Süd Yolunda kosmik qabarcıqlar aşkar edildi

Maraqlı

17.03.2025 19:10

2582

Osaka Metropolitan Universitetinin tədqiqatçıları süni intellektdən istifadə edərək Süd Yolunda əvvəllər məlum olmayan qabarcıq strukturlarını müəyyən ediblər. 

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri Yaponiyanın Astronomiya Cəmiyyətinin (PASJ) jurnalında dərc edilib. 

Tədqiqat qrupu dərin öyrənmə modelindən istifadə edərək, NASA-nın "Spitzer" və "James Webb" kosmik teleskoplarından əldə olunan məlumatları analiz edib.

Süni intellekt sayəsində alimlər Süd Yolunda ulduzların yaranması və fövqəlnova partlayışları nəticəsində meydana gələ biləcək yeni strukturlar aşkarlayıblar. 

Nəticələr göstərib ki, süni intellekt ulduzların əmələ gəlməsi və qalaktikadaxili partlayıcı hadisələrin öyrənilməsində mühüm rol oynaya bilər. 

Qeyd olunub ki, süni intellekt texnologiyalarının inkişafı qalaktikaların təkamülü və ulduzların formalaşması mexanizmlərinin araşdırılmasını sürətləndirə bilər. 

Türkan İsgəndərli

tag: Süd Yolu,Kosmik,Qabarcıq,Kosmos,Todaypress.az,