Stradivari skripkası 11,25 milyon dollara satıldı
İtaliyalı ustad Antonio Stradivarinin hazırladığı skripka Nyu-Yorkdakı “Sotheby’s” auksionunda 11,25 milyon dollara satılıb. İlkin satış qiyməti 8 milyon dollar olub.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Söhbət 1714-cü ildə hazırlanmış “Yoaxim-Ma” adlı skripkadan gedir. Bu dövr Stradivarinin “qızıl dövrü” hesab olunur.
Məlumata görə, auksionun rəsmi təsvirində qeyd edilib ki, bu, dünya səviyyəli musiqiçilərin əsrlər boyu ifa etməyə can atdığı ən möhtəşəm skripkalardan biridir.
Qeyd edək ki, dünyada təxminən 600 Stradivari skripkası mövcuddur. Onların əksəriyyətinin özünəməxsus adları var. Bu skripkalar alınıb-satılıb, oğurlanıb və hətta onlara pərəstiş edilib. Hər biri əsl sərvət hesab olunur.
Qiymət Mahir
tag: Dünya,Skripka,Hərrac,Yoaxim-Ma,Stradivari,todaypress.az,