Spirtli içkilər xərçəng yaradır
Maraqlı
26.09.2024 12:21
İstənilən dozada spirtli içki qəbul etmək sağlamlığa zərərlidir və xərçəng riskini artırır.
TodayPress xəbər verir ki, siqaret və kanserogenlərlə yanaşı, xərçəngə səbəb olan əsas faktorlardan biri kimi spirti göstərmək olar.
Qeyd edək ki, qadınlar üçün maksimum təhlükəli doza həftədə yeddi porsiya olsa da, kişilər iki dəfə çox qəbul etmək haqqına malikdirlər.
Bu həcmlə ağız xərçənginə tutulma şansı 1,8 dəfə, qırtlaq xərçənginə tutulma şansı isə 1,4 dəfə artır. Əgər həftəlik doza limitini keçsəniz, o zaman qırtlaqda bədxassəli şişlərin yaranma riski 2,6 dəfə artacaq.
Həkimlər orta dərəcədə spirt istehlakının təhlükəli olduğuna diqqət çəkib. Belə ki, bu zaman qida borusu xərçəngi riski 1,3 dəfə, yoğun bağırsaq və düz bağırsaq xərçəngi riski isə 1,5 dəfə artır.
Töhfə Səməd
tag: İnsanlar, Sağlamlıq ,İstehlak ,Həkimlər ,Xərçəng, todaypress.az,