Soyuq duşun zərərləri açıqlandı
Maraqlı
28.07.2024 14:56
Soyuq duşun insan orqanizminə təsiri ilə bağlı yüzə yaxın araşdırma aparılıb.
TodayPress “CNN”ə istinadən xəbər verir ki, araşdırmalar streslə mübarizə aparmaq üçün istifadə etdiyimiz soyuq duşun bir sıra mənfi tərəflərini ortaya çıxarıb.
Belə ki, soyuq duş altında qalmaq qan təzyiqində kəskin sıçrayışa və ürək-damar sisteminin həddindən artıq yüklənməsinə səbəb ola bilər.
Məhz bu səbəbdən xroniki ürək-damar xəstəlikləri və şəkərli diabet xəstələrinə soyuq su ilə çimmək məsləhət görülmür. Soyuq duş əməliyyat keçirmiş insanlar üçün də təhlükəlidir.
Günəş Mərd
tag: soyuq duş,həkim,araşdırma,xəstəlik,ürək-damar,