Smartfonlardan istifadə ömrü qısaldır

Maraqlı

26.08.2024 14:10

Televizor ekranları və smartfonlarla çox vaxt keçirmək ürək-damar xəstəliyi, insult və digər ciddi xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.

TodayPress xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.

Kaliforniya Universitetinin tibb alimlərindən ibarət bir qrup araşdırmaçı bildirib ki, ekran qarşısında sərf olunan hər əlavə saat, xüsusən də kişilərin ömrünü qısaldır. Həmçinin, bu, koroner ürək xəstəliyi riskini 55%, insult riskini 58% və ümumi ürək xəstəliyi riskini 32% artırır.

Bundan başqa, smartfonlardan uzun müddət istifadə etmək fiziki fəaliyyəti məhdudlaşdıra, yuxu sistemini poza bilər.

Mütəxəssislər evdə və işdən kənarda ekran vaxtını gündə 2 saatla məhdudlaşdırmağı tövsiyə edir.

 Töhfə Səməd

tag: Smartfon,Televizor,İstifadə,Ürək,Xəstəlik,İnsult,todaypress.az,