Sinir hüceyrələrini bərpa etməyin yolu tapıldı

Maraqlı

22.06.2024 08:33

Ohayo Dövlət Universitetinin nevroloqları sinir liflərini bərpa edə bilən insan leykositinin yeni növünü kəşf ediblər.

TodayPress xəbər verir ki, “Nature Immunologyjurnalında dərc edilən araşdırmanın nəticələri iflic üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

Elm adamları sümük iliyi hüceyrələrini xüsusi molekullarla stimullaşdıraraq, onları zədələnmiş sinir hüceyrələrinin bərpasına kömək edən regenerativ hüceyrələrə çeviiblər.

Komanda səkkiz fərqli insan donorundan sümük iliyi hüceyrələri çıxarıb. Bütün nümunələr sinir hüceyrələrini uğurla bərpa edib.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, xəstələrin öz hüceyrələrindən təhlükəsiz və effektiv müalicə üsulları yaratmaq üçün istifadə oluna bilər. Hüceyrələrin böyüməsi və çatdırılması üçün ən təsirli üsulları tapmaq üçün laboratoriya təcrübələrindən sonra alimlər klinik sınaqlara başlamağı planlaşdırırlar.

GÜNEL

tag: Tədqiqatçı, Sini hüceyrəsi, Alim,Nevroloq, todaypress.az,