Şimal yarımkürəsində ən isti yay qeydə alındı
Maraqlı
06.09.2024 10:53
2024-cü
ilin yayı Şimal yarımkürəsində isti yay olub.
TodayPress xəbər verir
ki, bu barədə Avropanın iqlim dəyişikliyinin monitorinqi xidməti məlumat
yayıb.
Qeyd
olunub ki, 2024-cü ilin üç yay ayından iyun və avqust aylarında ən yüksək
temperatur qeydə alınıb. Bu aylar şimal
yarımkürəsində dünyanın ən isti günü və yayı kimi tarixə yazılıb. Bu nəticəyə əsasən 2024-cü ilin rekordlar üzrə
ən isti il olacağı ehtimal olunur.
Qeyd
edək ki, 2024-ci il iyulun 22-də planetdə 17,15 ℃
səviyyəsində yeni rekord qlobal orta temperatur qeydə alınıb.
Günəş Mərd
tag: Avropa,Şimal Yarımkürəsi, İqlim, Temperatur,todaypress.az,