Sevginin beynin hansı hissəsində yarandığı açıqlandı

Maraqlı

27.08.2024 16:56

Finlandiyanın Aalto Universitetinin alimləri beynin sevgi ilə əlaqəli sahəsini aşkar ediblər. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bu zaman 55 iştirakçının beyin fəaliyyətini ölçmək üçün funksional maqnit rezonans tomoqrafiyasından (fMRI) istifadə ediblər. 

Onlardan valideyn sevgisi, romantik sevgi, dostlara, yad insanlara, ev heyvanlarına və təbiətə sevgi də daxil olmaqla altı sevgi növü ilə bağlı müxtəlif ssenariləri təsəvvür etmələri istənilib.    

Məlumatların təhlili göstərib ki, sevgi bazal qanqliyalarda, orta frontal sulkusda, prekuneusda və başın arxa tərəflərindəki temporoparietal ganglionda yaranır. 

Eyni zamanda müəyyən edilib ki, beyində ən böyük sevgi striatum bölgəsində yaranır ki, bu da valideynlərin uşaqlara olan sevgisindən qaynaqlanır.  

Yad insanlara şəfqətli sevgi, yaxınlara olan sevgi ilə müqayisədə beynin daha az aktivləşməsinə səbəb olur.

Ev heyvanları sahiblərinin isə reaksiyaları ev heyvanı olmayanlara nisbətən daha güclü olub. Bu fakt insanlar və onların ev heyvanları arasında sinir səviyyəsində dərin əlaqə olduğunu sübut edib.

 Günəş Mərd

tag: Finlandiya, Universitet,Sevgi, Beyin, İnsanlar, todaypress.az,