Şəkər xəstəliyindən qoruyan düyü hazırlandı

Maraqlı

26.09.2024 10:09

Beynəlxalq Düyü Tədqiqat İnstitutunun (IRRI) filippinli alimləri 2-ci tip diabetin inkişaf riskini azaldan düyü sortunu hazırlayıblar. 

TodayPress xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub. 

2-ci tip diabet, mədəaltı vəzi kifayət qədər insulin hormonu istehsal etmədikdə, qanda çox qlükoza buraxdıqda meydana gəlir. Buna görə hüceyrələrdə insulin müqaviməti inkişaf edir.

Komanda 380 toxum birləşməsini öyrənmək üçün dünyanın ən böyük düyü gen bankından istifadə edib. Alimlər aşağı glisemik indeksi və zülal tərkibi olan genləri müəyyən ediblər. Mütəxəssislər daha sonra onları əlaqəli xətlərə birləşdirərək daha sağlam düyü çeşidi yaratmağı bacarıblar. Məlum olub ki, bu çeşid 2-ci tip diabetin inkişaf riskini olduqca azaldır.

Yeni taxıl çeşidi hələ laboratoriyalardan kənarda yetişdirilməyib. 

Tədqiqatçıların dediyinə görə, bundan sonra Hindistan və Filippində belə düyü istehsalına başlanılacaq.  

Günəş Mərd

tag: Düyü ,Hindistan, Tədqiqatçılar, Filippin ,Alimlər ,İstehsal ,todaypress.az,