Səhər iştahsız olmaq sağlamlığınız üçün təhlükəlidir

Maraqlı

14.08.2024 09:56

Səhərlər iştahsız olmaq tiroid vəzi ilə bağlı problemlərin olduğuna işarə edə bilər. 

TodayPress xəbər verir ki, səhər yeməyi olduqca vacibdir, əgər yemək istəmirsinizsə, bu, orqanizminizdə baş verən bir sıra problemlərdən xəbər verir.

İştahsızlığın ilkin səbəbi yüksək səviyyədə şəkər qəbuludur. Bu zaman qanda kəskin dalğalanmalar yaranır ki, bu da qida qəbulunda maneələr yaradır. 

Bundan başqa, iştahsızlıq həm də siqaret, spirtli içkilər, yatmazdan əvvəl yemək qəbul etmək və düzgün yuxu sisteminin olmamasından da qaynaqlanır. Bu da hipotiroidizmə gətirib çıxara bilər. Nəticədə daimi yorğunluq, qəbizlik, oynaq ağrıları, şişlik, dərinin quruması kimi problemlər baş qaldıra bilər. 

Səhər yemək istəyinin olmaması həm də revmatik xəstəliklərin, qaraciyər, böyrək və öd yolunda yaranan problemlərin, bağırsaq infeksiyalarının və hepatitin inkişaf etdiyini göstərə bilər. Bu simptom uzun müddət davam edərsə, mütləq həkimə görünmək lazımdır.

Töhfə Səməd

tag: İştah, Simptom, Yemək, Sağlamlıq, Problemlər, todaypress.az,