Saqqız çeynəmək dişlərə zərər verir? - Həkim açıqladı

Maraqlı

08.10.2024 15:20

Saqqız çeynəməklə bağlı illərdir ki, yaranmış bir sıra miflər mövcuddur. Onlardan biri də saqqızın dişlərə zərər verməsi ilə bağlıdır.

TodayPress xəbər verir ki, tibb elmləri doktoru, Diş Gigiyenistlərinin Peşəkar Cəmiyyəti Təşkilatının sədri Oles Şevçenko bütün bu çaşqınlıqlara aydınlıq gətirib. 

Diş həkiminin sözlərinə görə, ən məşhur miflərdən biri saqqızın plombları zədələməsidir. 

“İçlik düzgün qoyularsa, saqqız ona zərər verməyəcək. Yox, əgər dişin bərpası zəif aparılıbsa, plomb hər hansı mexaniki təsir nəticəsində zədələnə bilər - istər saqqız, istərsə də sərt yemək. Saqqız çeynəməyin özü bu riski artırmır” deyə həkim bildirib.

O, həmçinin əlavə edib ki, saqqız ağzı qida qalıqlarından təmizləməyə kömək edən tüpürcəyi stimullaşdırır və diş daşının yaranmasının qarşısını alır. Üstəlik, idrak qabiliyyətlərinə müsbət təsir göstərir, stress və narahatlıq səviyyələrini azaltmağa kömək edir. 

Qeyd edək ki, London Kral Kollecinin araşdırmalarına görə, şəkərsiz saqqız çeynəmək yağlı və ya ədviyyatlı qidaları qəbul etdikdən sonra yemək borusunda yaranan xoşagəlməz yanma hissinin azalmasına gətirib çıxarır.

Töhfə Səməd

tag: Diş, Gigiyenist ,Diş Daşı ,London,Oles Şevçenko ,todaypress.az,