Sakit Okeanda köpəkbalığının yeni növü aşkar edildi

Maraqlı

24.09.2024 18:40

Yeni Zelandiya alimləri Avstraliya və Yeni Zelandiya sahillərində, Sakit Okeanın dərinliklərində yaşayan köpəkbalığı və ya kimera köpəkbalığının yeni növünü kəşf ediblər. 

TodayPress xəbər verir ki, bu barədə araşdırma  Milli Su və Atmosfer Tədqiqatları İnstitutunun (NIWA) saytında dərc olunub.

Açıqlanan növə "harriotta avia" və ya Avstraliya dar burunlu köpəkbalığı adı verildi. Tədqiqatın müəllifi Brit Finuççinin dediyinə görə, o, nənəsinin şərəfinə köpəkbalığına "avia" (latınca "nənə" mənasına gəlir) adını vermək qərarına gəlib.

Bu balıqlar 2,6 kilometrə qədər dərinlikdə yaşaya bilirlər. Böyük qara gözləri və yüngül, hamar dərisi ilə qorxuducu görünüşə malik bu köməkbalığı digərlərindən olduqca seçilir. Buna baxmayaraq "nənə" balıqları insanlar üçün təhlükəli deyil. 

Töhfə Səməd

tag: Yeni Zelandiya ,Alimlər,Avstraliya,Sakit Okean,Milli Su və Atmosfer Tədqiqatları İnstitutu,Harriotta avia,Brit Finuçç,Nənə,Köpəkbalığı,