Sağlamlığın düşməni olan qidalar - Siyahı
Maraqlı
09.09.2024 12:30
Gündə 50 qramdan çox (və ya 12 çay qaşığı) çox şəkər yemək çəki artımı, piylənmə, şəkərli diabet, yüksək xolesterin və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
TodayPress xarici mediaya istinadən tərkibində çoxlu şəkər olan qidaları təqdim edir.
1 stəkan təbii şirədə 30 qram və ya 7,5 çay qaşığı;
1 stəkan qazlı şəkərli içki 33 qram və ya 8,5 çay qaşığı;
1 ədəd südlü şokolad çubuğunda 6 qram və ya 1,5 çay qaşığı;
100 qr. dondurma 21 qram və ya 5 çay qaşığı;
200 qram qatıqda 6 qram və ya 1,5 çay qaşığı;
1 kiçik peçenyedə 3 qram və ya 3/4 çay qaşığı şəkər var.
Qeyd edək ki, mütəxəssislər qidalarda şəkərin miqdarını yoxlamaq üçün etiketləri oxumağın vacib olduğunu bildirirlər.
Günəş Mərd
tag: Şəkər, Çəki Artımı, Yemək, Qida, Qatıq, Peçenye, todaypress.az,