Sağlam həyat tərzi qan laxtalanmasından qoruyur
Maraqlı
16.08.2024 14:41
Bir çox
insanlar ürək-damar xəstəliklərinin yalnız yaşlı insanlar arasında geniş
yayıldığını düşünürlər, lakin bu doğru deyil.
TodayPress xəbər
verir ki, bu barədə “Amerika Ürək Assosiasiyası” (AHA) məlumat yayıb.
Bildirilib
ki, bu xəstəliklərin simptomları çox vaxt yetkinlik dövründə özünü göstərsə də,
lakin onlar uşaqlıq dövründən inkişaf etməyə başlayır.
Gənclərin həyat
tərzinin tıxanmış damarlara necə təsir etdiyini öyrənmək üçün alimlər 21-27 yaş
arası 240 nəfərin məlumatlarını təhlil ediblər. Onlardan karotid arteriyaların
ultrasəs müayinəsi aparılıb və həmçinin həyat tərzləri haqqında danışmaq istənilib.
Ürək-damar
riski xəstələrin bədən çəkisi, xolesterin və qan şəkərinin səviyyəsi, qan təzyiqi,
pəhriz, fiziki fəaliyyət, yuxu və siqaret haqqında məlumatlardan istifadə etməklə
qiymətləndirilib.
Məlum
olub ki, yuxu rejimi normal olmayan,
artıq çəkidən əziyyət çəkən və fiziki fəaliyyəti məhdud olan gənclərdə
damarların ateroskleroz adlanan lövhə ilə tıxanması insult, böyrək xəstəliyi və
infarkt riskini artırır.
Tədqiqatçılar gənclər arasında sağlam həyat tərzinin vacibliyi haqqında maarifləndirmə işinin artırılmasına çağırış ediblər.
Günəş Mərd
tag: Sağlam Həyat, İnsan, Sağlamlıq, Tədqiqatçılar ,Gənclər, todaypress.az,