Sağlam beyin üçün tövsiyə edilən qidalar hansılardır?

Maraqlı

27.08.2024 10:08

Gündəlik olaraq kiçik məşqlər və ya sevdiyiniz əyləncələri həyata keçirmək sağlam beyin üçün olduqca vacibdir. Lakin qida rasionunuzda zərərli qidalar mövcuddursa, bu zaman bir sıra fəsadlar yarana bilər. 

TodayPress “Haber Türk”ə istinadən xəbər verir ki, beyin sağlamlığına qatqısı olan qidaları gündəlik olaraq istifadə etmək bir çox xəstəliyin qarşısını alır.

Bu qidalar arasında qaragilə ən əsasdır. Tərkibindəki yüksək polifenol sayəsində qaragilə antioksidant qabiliyyəti ilə beyin sağlamlığını qorumaq potensialına malikdir. Xüsusilə, yaddaşı yaxşılaşdıra və Alzheimer xəstəliyinin inkişafını ləngidə bilər.

Bu siyahıya şübhəsiz ki, qoz da daxildir. Omeqa-3 yağ turşuları, polifenollar və E vitamini kimi qida maddələri ilə zəngin olan qoz beyin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bu qida maddələrinin birləşməsi neyrodegenerativ xəstəliklərin inkişafının qarşısını almaqda təsirlidir.

Zeytun yağının tərkibi doymamış yağ turşuları və antioksidantlarla zəngindir. İltihab əleyhinə təsirləri sayəsində beyin sağlamlığını dəstəkləyir və Alzheimer xəstəliyi riskini azaldır.

İspanaq fol turşusu və dəmir kimi qidalarla zəngindir. Fol beyin funksiyasını dəstəkləyir, dəmir isə beyin sağlamlığı üçün vacibdir.

Ən maraqlısı və diqqətçəkəni isə turşu kələmidir. Turşu kələm probiotik bakteriyalarla zəngin olduğuna görə, bağırsaq və beyin sağlamlığı arasındakı əlaqəyə müsbət təsir göstərir.

Töhfə Səməd

tag: Qoz, Zeytun Yağı, Beyin, Funksiya,Məsləhət, todaypress.az,