Ryuqu asteroidinin tarixi açıqlandı

Maraqlı

01.11.2024 18:00

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) alimləri Ryuqu asteroidinin tərkibini və tarixini öyrənmək üçün onun nümunələrini təhlil ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “Phys.org” məlumat yayıb.

Alimlər müəyyən ediblər ki, nümunələrdə Günəş sistemində 4,6 milyard ilə qədər mövcud olmuş ən qədim materiallar var. Asteroid karbonlu və üzvi maddələrdən, həmçinin su tərkibli minerallardan ibarətdir. Bu da vaxtilə orada suyun mövcud olduğunu göstərir. 

Mütəxəsisslər Ryuqu nümunələrini öyrənmək üçün spektroskopiyadan və Arqon Milli Laboratoriyasının Qabaqcıl Foton Mənbəsindən (APS) istifadə ediblər. Bu yanaşma alimlərə asteroidin minerallarının struktur və kimyəvi xüsusiyyətlərini təhlil etməyə və onların zamanla necə dəyişdiyini qiymətləndirməyə imkan verir.

Araşdırma zamanı elm adamları Ryuqunun məsaməli bir quruluşa malik olduğunu aşkar ediblər ki, bu da asteroiddə radioaktiv istiliyin təsiri altında tədricən əriyən buzun olduğunu göstərir. 

Nümunələrin təhlili alimlərə Günəş sistemində baş verən prosesləri öyrənməyə, eləcə də planetlərin necə əmələ gəldiyini və həyatın yaranmasına səbəb olan amilləri daha yaxşı anlamağa imkan verəcək.

Töhfə Səməd

tag: Yaponiya, Astreoid, Araşdırma,Ryuqu,todaypress.az,