Rusiyada "Qızıl Tort" satışa çıxarıldı
Rusiyada qızıldan Pasxa tortu (Kuliç) və “Pasxa İphone” hazırlanıb.
TodayPress xəbər verir ki, “Caviar” şirkəti bayram ərəfəsində eksklüziv kolleksiya təqdim edib.
Belə ki, yeməli qızıl və qiymətli daşlarla bəzədilmiş tort və “İphone 16 Pro Guardian Angel” smartfonu satışa çıxarılıb.
“Pasxa tortunun xüsusi resepti və dizaynı neyron şəbəkələrdən istifadə edilməklə hazırlanıb. O, yaqut və zümrüdlərlə də bəzədilib. Dizaynın hər bir detalı əl ilə yaradılıb. Prosesə peşəkar şirniyyatçılar və ustalar cəlb edilib. Onun dəyəri 2,67 milyon rubldur (55 min manat). Telefonun qiyməti isə 599 min rubldan (t13 min manat) başlayır” deyə şirkətdən bildirilib.
tag: Rusiya,Qızıl,Tort,Satış,Todaypress.az,