Roma imperatorunun yoxa çıxan büstü 200 il sonra tapıldı
Maraqlı
25.06.2024 22:12
Roma imperatoru Kaliqulanın yoxa çıxan "dəli və şər" adlanan bürünc büstü 200 il sonra tapılıb.
TodayPress xəbər verir ki, Horasi Valpole məxsus heykəlin çılğın Roma imperatoru Kaliqula olduğu müəyyən edilib .
Büstün 18-ci əsrin ortalarında Londonun cənub-qərbində yaşayan yazıçı və siyasətçi Horasi Uolpola hədiyyə edildiyi məlum olub.
1797-ci ildə Uolpolun ölümündən sonra 13 sm hündürlüyündəki büstün bir çox sahibi olduğuna dair fikirlər irəli sürülüb. Hətta heykəlin Makedoniyalı İskəndərə aid olduğu düşünülürdü.
Mütəxəssislər bu kəşfin Kaliqulanın imperiya dövrünə işıq salan və antik dövr tədqiqatçılarının diqqətini çəkən mühüm tapıntı hesab edir.
Büst “Strawberry Hill” də “Xəzinə Ovçuluğu” sərgisində nümayiş etdiriləcək.
GÜNEL
tag: Roma imperatoru, Kaliqula, Yazıçı, Syasətçi, Büst, todaypress.az,