Robot ilk diş əməliyyatını həyata keçirdi
Maraqlı
03.08.2024 12:40
Süni intellektlə idarə olunan robot insan üzərində ilk diş əməliyyatını uğurla tamamlayıb.
TodayPress xəbər verir ki, bu barədə avtomatlaşdırılmış diş texnologiyası sahəsində lider olan "Perceptive" şirkəti məlumat yayıb.
"Xəstələrin təhlükəsizliyi bizim üçün çox vacibdir. Robototexnika sistemimiz dişləri təhlükəsiz şəkildə müalicə edə bilmək üçün dizayn edilir və ciddi şəkildə sınaqlardan keçirilir. Əsas məqsədimiz robot həkimi inkişaf etdirib, daha çox insana xidmət göstərməkdir".
Robot diş həkiminin inkişafı üçün "Perceptive" şirkəti 30 milyondan çox investisiya toplaya bilib.
tag: Robot, Diş Həkim, Xəstə,Texnika,Süni, todaypress.az,