Rekord sürətlə fırlanan ulduz kəşf edildi

Maraqlı

31.10.2024 13:40

Danimarkanın tədqiqatçılar qrupu öz oxu ətrafında rekord sürətlə fırlanan neytron ulduzu aşkar ediblər. 

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri ilə bağlı məqalə “The Astrophysical Journal”da dərc olunub.        

“4U 1820-30” neytron ulduzu Oxatan bürcündə, Süd Yolunun mərkəzinə doğru yerləşir və saniyədə 716 dövrə tezliyi ilə fırlanır. Bu, onu başqa bir neytron ulduzu “PSR J1748-2446” ilə birlikdə Kainatda müşahidə edilən ən sürətli fırlanan obyektlərdən birinə çevirir.    

Müşahidələri həyata keçirmək üçün alimlər NASA-nın Beynəlxalq Kosmik Stansiyada yerləşən və DTU Space-dən izləmə sistemi ilə təchiz olunmuş NICER rentgen teleskopundan istifadə ediblər. Bu texnologiya teleskopun uzaq neytron ulduzlarını dəqiq nişan almağa, rentgen şüaları emissiyalarını və onların hərəkəti haqqında başqa yollarla əldə edilməsi çətin olan məlumatları tapmağa imkan verir. 

Yerdən 26 min işıq ili uzaqda yerləşən “4U 1820-30” neytron ulduzu bir sıra ekstremal hadisələrə görə tədqiqatçıların diqqətini cəlb edib. Belə ki, onun sistemində 11 dəqiqəlik bir orbit dövrü ilə fırlanan ağ cırtdan var. Neytron ulduzun cazibə qüvvəsi materialı onu özünə bənzəyən ulduzlardan uzaqlaşdıraraq səthində material yığılmasına və sonradan güclü termonüvə partlayışlarına səbəb olur.

Günəş Mərd

tag: Rekord, NASA, DTU, Süd Yolu, Kosmik, todaypress.az,