Rekord ölçüdə dinozavr izi aşkar edildi
Maraqlı
03.01.2025 09:21
İngiltərənin Oksfordşir bölgəsində yerləşən karxanada ölkə tarixində indiyə qədər rast gəlinən ən böyük dinozavr izi aşkar edilib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, təxminən 166 milyon il əvvələ aid əhəngdaşı torpağına həkk olunmuş 200 nəhəng ayaq izi müxtəlif növ dinozavrların xüsusiyyətlərini ortaya çıxarıb.
Ayaq izlərinin uzunboyunlu ot yeyən dinozavr Cetiosaurus və ətyeyən Meqalozaurusa aid olduğu güman edilir.
Qeyd olunub ki, ən uzun ayaq izi 150 metrə qədər uzanır. Hazırda izlərin ətraflı tədqiqi aparılır.
Günəş Mərd
tag: Dinozavr, Milyon ,İz, Əhəngdaşı ,todaypress.az,