Qocaldıqca bədənimizdə sıradan çıxan 4 sistem

Maraqlı

04.10.2024 19:15

30 yaşdan sonra orqanizm qocalmağa başlayır, gənclik bitir. Daha çox endokrin və ürək-damar problemləri başlayır. 

TodayPress xəbər verir ki, terapevtlər ilk olaraq, 4 sistemin sıradan çıxdığını bildirib. Onların sözlərinə görə, 30 yaş sonrası endokrin sistem – bütün vəzilər, qalxanvari, böyrəküstü, mədəaltı, kişilərdə prostat vəzi, hipofiz və s. patoloji dəyişikliklərə uğraya bilir. Zob, diabet riski artır. 30 yaşdan sonra qanda şəkəri də nəzarətdə saxlamaq lazımdır. 

2-ci sistem mədə-bağırsaq sistemidir, xəstəliklər xronikləşir. Əsas yük isə qaraciyərin üzərinə düşür. Qaraciyərin birinci dərəcəli piylənməsi artıq siqnaldır. 

3-cü sistem dayaq – hərəkət aparatıdır. Onurğadan tutmuş dizlərə kimi. Sümüklərin sıxlığı azalır, D vitamini düşür, kalsium azalır. Qadınlarda isə bu menopauzaya doğru daha da artır. 

Və sıradan çıxma ehtimalı olan 4-cü sistem. Qulaqlarda küy, baş ağrısı, başgicəllənmə, təzyiq – yüksək xolesterin səbəbindən ola bilər. 30 yaşdan hər il bir dəfə xolesterin analizi vermək tövsiyə edilir. Əgər nəticə yüksəkdirsə, artıq kardioloq qeydiyyatına düşüb, ürək-damar sistemini nəzarətə almaq lazımdır.

Nərmin Tuncay

tag: İnsan ,Sağlamlıq ,Onurğa, D Vitamini ,Qaraciyər ,todaypress.az,