Qobi səhrasında yeni heyvan növü aşkarlandı
Monqolustandakı Qobi səhrasında alimlər “Baynshire” formasiyasında əvvəllər heç vaxt qeydə alınmamış qədim bir məməli növünün qalıqlarını tapıblar.
TodayPress xəbər verir ki, tapıntının təsviri “Acta Palaeontologica Polonica” jurnalında dərc edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, tapılan alt çənə parçası “Ravjaa ishiii” adlı yeni növə aiddir və “Zhelestidae” ailəsinin üzvüdür.
Qeyd edilib ki, bu, Monqolustanda “Zhelestidae” ailəsindən qeydə alınan ilk tapıntıdır.
Alimlər dişlərin quruluşuna əsaslanaraq, bu qədim məməlinin meyvə və toxumlarla qidalandığını təxmin ediblər. Bu isə göstərir ki, onlar Alt Təbaşir dövründə artıq çiçəkli bitkiləri qida mənbəyi kimi istifadə etməyə başlayıblar.
Aysel Mətləb
tag: Monqolustan,Qobi ,Baynshire,Ravjaa ishiii,Zhelestidae,todaypress.az,