Qlobal istiləşmə ən çox balıqlar üçün təhlükə yaradır

Maraqlı

17.08.2024 10:04

Qlobal istiləşmə dünya okeanının demək olar ki, hər bir bölgəsində balıqlar üçün potensial təhlükə yaradır.

TodayPress xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ixtisaslaşmış departamenti tərəfindən hazırlanan “Dəniz ekosistemləri və balıqçılıq üçün iqlim dəyişikliyi ilə bağlı risklər: 2100-cü ilə qədər olan dövr üçün proqnozlar” adlı hesabatda deyilir.

Qlobal istixana qazları emissiyaları ilə yanaşı, qlobal temperatur 3-4 dərəcə artarsa, əsrin ortalarına qədər bir çox regionda balıq populyasiyasının 10 faizdən çox azalacağı proqnozlaşdırılır. Eyni zamanda, 48 ölkədə balıqların sayı ən azı 30 faiz azalacaq. 

Dünya Okeanı sularının istiləşməsi və turşuluğunun artması dəniz canlılarını və ekosistemlərini təhdid edir. Mənfi hadisələrin artan tezliyi səbəbindən dəniz canlıları üçün mövcud yaşayış mühiti daralır, tropiklər və Şimali Sakit Okean, xüsusi biomüxtəliflik yerləri daha çox zərbə alır.

Töhfə Səməd

tag: Dünya Okeanı, Birləşmiş Millətlər Təşkilatı, FAO,Təhlükə, Qlobal İstiləşmə, todaypress.az,